Burda qanunlar necə pozulur? VİDEO

Lakin 15 avqust tarixində həmkar sədrləri aldadılaraq SOCAR-ın baş ofisində başqa bir mövzunun müzakirəsi adı altında dəvət edilmiş, iclasdan əvvəl müxtəlif üsullarla qorxudularaq və təzyiq göstərilərək bu qərarı dəstəkləməli olduqlarını onlara bildiriblər. Bütün bunları bizə məlumat göndərən mənbə iddia edir ki, Əlacsız qalan sədrlərin bir neçəsi istisna olmaqla bu qərara razılıq veriblər.. Vəziyyət elə bir hal alıb ki, həmkar sədrləri və fəalları, vaxtı ilə
Neftçi həmkarlar təşkilatının passivliyi görüb 1996 çı ildə bir qrup Neftçinin yaratdığı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinə (NHMT İB) və digər hüquq müdafiəçisi olan təşkilatlara müraciət etməyi nəzərdə tuturlar. Və bununlada həmkarlar təşkilatının belə qərarlar verən rəhbərlərin olduğu halda necə lazımsız bir təşkilat çevrildiyinin və qısa bir zamanda məhvə getdiyinin şahidi olunacağı vurğulanıb. Həmkarlar təşkilatlarının İctimai Birliklərdən kömək istəməsi həqiqətən utanc vericidir.
Qeyd edək ki, ötən gün bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Biz də Mərkəz Tv olaraq, Mirvari Qəhrəmanlıdan mövzu ətrafında açıqlama aldıq.
Qeyd edək ki, məsələ ilə əlaqədar olaraq, Həmkarlar İttifaqı Konfederasiyasından münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı. Hər bir halda, sözügedən şəxslərin və təşkilatın fikirlərini işıqlandırmağa hazırıq.
mərkəz.tv
36 dəfə oxundu