Qazaxıstan XİN rəhbərinin saxlanılmasını təkzib etdi

Qazaxıstan XİN rəhbərinin saxlanılmasını təkzib etdi
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Orda” məlumat yayıb.

Bildirilib ki, Nurtleu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində saxlanılıb.

Onunla birlikdə iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə əməkdaşı da saxlanılıb.

Nazir və Hacıyevin evində axtarış aparılıb.

Qeyd edək ki, Çində ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində keçirilib.

***

Qazaxıstanın mədəniyyət və məlumat naziri Aida Balayeva ölkənin dövlət məmurlarının saxlanılması ilə bağlı xəbərlərin təsdiqlənmədiyini bildirib.

Məsələ ilə bağlı feysbuk hesabında paylaşım edən Balayeva yalan məlumatların yayılmasına görə inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladıb.

***

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi isə ölkənin XİN rəhbərinin saxlanılması barədə xəbəri rəsmən təkzib edib: “Baş nazirin müavini – xarici işlər naziri Murat Nurtleu və biznesmen Hacı Hacıyevin saxlanılması ilə bağlı “Orda” portalının yaydığı məlumat həqiqətə uyğun deyil”.

***

Qazaxıstan XİN də öz növbəsində dövlət rəsmilərinin saxlanılması barədə yayılan xəbərləri təkzib edib: “Qazaxıstan xarici işlər nazirinin saxlanılması barədə xəbər doğru deyil. Bunu jurnalistika etikasının və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndiririk”.

Fotoda: İş adamı Hacı Hacıyev



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...