Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkad“ əməliyyatı...
Maraqlıdır ki, bu dəfə Füzuli rayon Mərkəzi Xəstəxanasına quyu qazacaq "Aktiv-A" MMC-nin maddi-texniki bazası, texnikaları, işçi qüvvəsi, fəaliyyət profili barədə açıq internet resurslarında məlumat yoxdur...
Azərbaycanda keçirilən satınalmaların bəzilərində şübhəli məqamların baş verməsi barədə mediada dəfələrlə yazılıb.
Araşdırmaçı jurnalist və iqtisadçı ekspertlərin fikirlərinin də yer aldığı araşdırma yazılarda əsasən sifariş olunan satınalmalarda ehtimal qiymətlərinin yüksək göstərilməsi, satınalmalarda sifarişçi təşkilata yaxın olan şirkətlərin qalib elan edilməsi xüsusi yer tutur.
Satınalmalarda qiymətlərin şişirdilməsi barədə fikirlər Nazirlər Kabinetinin iclasında və Milli Məclisin iclaslarında hökumət nümayəndələri və deputatlar tərəfindən də səsləndirilir.
Prezident İlham Əliyev 2020-ci ilin iyul ayının 23-də videoformatda keçirdiyi iclasda tender sahəsində baş verən vəziyyətə toxunaraq keçirilən tenderlərdə bəzi hallarda korporativ maraqların üstünlük təşkil etdiyini, bəzi məqamlarda isə bir və ya bir neçə şirkətin bütün tenderlərdə qalib gəldiyini vurğulayıb.
Lakin son illər Dövlət Satınalmaları Haqqında Qanuna xeyli sayda dəyişikliklər edilsə də, bu sahədə hələ də neqativ məqamlara rast gəlinir.
Dövlət müəssisələrinin sifarişçi olduqları satınalmalarda ən çox rast gəlinən hallar isə ən geniş yayılmış "otkad" əməliyyatlarıdır. Bu əməliyyat isə əsasən satınalma üzrə sifariş olunan işlərin smetalarının "şişirdilməsi" hesabına baş verir.
Bir müddət öncə "Neuron Technologies" şirkətinin sahibi İsmayıl Ələkbərov dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin nağdlaşdırma məqsədi ilə keçirildiyini, sifarişçi olduqları tenderlərin 50%, bəzən isə hətta 70-80% "otkat" formasında geri alındığını bildirmişdi.
AzFakt.com-un araşdırması zamanı məlum oldu ki,şübhəli tenderlər keçirən dövlət qurumlarından biri də Füzuli rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdir.
Büdcəyə "quyu qazanlar"
Füzuli rayon Mərkəzi Xəstəxanası avqust ayının 14-də "Artezian quyularının qazılması və su xəttinin çəkilişi işlərinin satınalınması" lotu üzrə kotirovkaya yekun vurub.
Bu kotirovkada "Aktiv-A" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. Satınalmanın məbləği 54.610 manatdır.
Müqavilə predmetinə görə şirkət Xəstəxanaya 3 tonluq su çəni, 2 kub beton, 110-luq nasos, 250 metr 32-lik şlanq, 80 metr kəndir, 80 metr 150-lik turba, 6 ədəd gidrafon, 1 ədəd rubilnik, kabel çəkilişi və sair kimi işlər görəcək.
Satınalma müqaviləsinə diqqət etdikdə quyudan çıxan çirkab suların quyusunun əl ilə qazılması, quyuya 80 metr kəndirin salınması kimi işlər də predmet kimi salınıb. Bunlar isə görüləcək işlərin həcminin şişirdilməsi ehtimalı yaradır.
"Otkad" əməliyyatı
Araşdırmamız zamanı o da məlum oldu ki, "Aktiv-A" MMC Füzuli rayon Mərkəzi Xəstəxanasına heç də yad şirkət deyil. Xəstəxana ilə bu şirkət əvvəllər də xeyli sayda tender müqaviləsi imzalayıblar.
Şirkət Füzuli Xəstəxanasının Qayıdış qəsəbələrində tikili və avadanlıqlarının təmiri, Su xətlərinin çəkilişi, Füzuli rayon Mərkəzi Xəstəxanasının cari təmir işləri üzrə daha 3 satınalmasında - ümumilikdə 177 min manatlıq satınalmasında qalib edilib.
Maraqlıdır ki, bu dəfə Füzuli rayon Mərkəzi Xəstəxanasına quyu qazacaq "Aktiv-A" MMC-nin maddi-texniki bazası, texnikaları, işçi qüvvəsi, fəaliyyət profili barədə açıq internet resurslarında məlumat yoxdur.
Şirkətin rəhbəri Həbib Məmmədovun Füzuli rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə şəxsi münasibətləri olduğu, bu satınalmada da məhz bu amilin əsas rol oynadığı ehtimal edilir.
Məsələ ilə bağlı Füzuli rayon Mərkəzi Xəstəxanasından münasibət örgənə bilmədik.
28 dəfə oxundu