Həbs edilən gömrük generalı "Broker Əbülfəz"i necə qoruyub?

Həbs edilən gömrük generalı "Broker Əbülfəz"i necə qoruyub?

Dünən rəsmi olaraq məlumat yayıldı ki, gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.
Həbs edilən gömrük generalı "Broker Əbülfəz"i necə qoruyub?

Maraqlıdır ki, generalın həbsindən sonra ortaya yeni iddialar çıxıb. GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, Ehtiram Xəlilov əslində gömrük sistemində daha çox "qara kassa" rolunu oynayıb. General əsasən broker xidmətləri həyata keçirən iri oliqarxlara "krişalıq" edib. Məlumatda qeyd edilir ki, Sumqayıt və Qaradaş Gömrük Terminallarında ortaya kifayət qədər ciddi nöqsanlar çıxıb. Qeyd edilir ki, məhz bir qrup brokerlə yaxın "əməkdaşlıq" edərək Ehtiram Xəlilov külli miqdarda vəsaitləri talamaqla məşğul olub.

Yerli mediada yayılan informasiyalarda qeyd edilir ki, E.Xəlilov əsasən "yeyib-içmək, əyləncə" işlərinə baxıb. Məhz Səfər Mehdiyevin bazarlıq, istirahət, qonaqların qarşılanması və yola salınması xərclərini o qarşılayırmış.

Əvəzində isə E.Xəlilova gömrükdə brokerlərdən "haqq" almaq və ya onlara himayədarlıq etmək kimi yüksək bir vəzifə həvalə edilib.

Gundeminfo.az-a danışan mənbə bildirir ki, uzun illərdir ki, Azərbaycan gömrüyündə milyonlar qazanan və xüsusi imtiyazlar tanınmış Əbülfəz Məlikov onun ən yaxın dostu və ortağı olub. "Broker Əbülfəz" kimi tanınan Məlikov məhz Ehtiram Xəlilovla Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbər gətirildikdən sonra əlaqə yaradıb. İddialara əsasən sabiq DGK rəhbəri Aydın Əliyevin zamanında böyük imtiyazlara sahib olan Əbülfəz Məlikov Səfər Mehdiyevin gəlişi ilə oyundankənar vəziyyətə düşüb. Yeni əlaqələr yaratmaq üçün məhz "Broker Əbülfəz"ə Ehtiram Xəlilov əl uzadıb.

Bundan sonra da tərəflər arasında "anlaşma" böyük pulların yenidən Məlikovun cibinə axmağa başlayıb.

Ölkə gömrüyündə bir neçə iri broker firması olan Əbülfəz Məlikov hələ də bu sahədə tək monopolistdir.

General Xəlilovun həbsindən sonra onun da sorğu-sual ediləcəyi barədə söhbətlər dolaşmaqdadır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...