Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Viski içib, domino oynadılar...

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq:

Bakıda otelin damından girib, 4 mərtəbəli, 13 otaqlı villadan oğurluq edən şəxslərə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonundan "milyonerlər məhəlləsi" kimi tanınan ərazidəki villaların birində baş verib.

Hadisəni isə 1996-cı il təvəllüdlü Ramin Hüseynov (soya -şərti) və Yusif Bağırov (soyad şərti) törədib.

Belə ki, onlar içkili vəziyətdə villanın yaxınlığında yerləşən otelin damından evə keçməklə ümumi dəyəri 76.500 manat olan əşyalar oğurlayıblar. Təqsirləndirilən şəxslər villanın ikinci mərtəbəsində hər birinin qiyməti 1700 manat olmaqla ümumi dəyəri 8500 manat olan Türkiyə istehsalı 5 ədəd mis şamdan, 17000 manat dəyərində 1 ədəd qadın təsvirli bürünc heykəl, 8500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan 1 ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan 1 ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3400 manat dəyərində yerli istehsal olan 1 ədəd mis qazan, 5100 manat dəyərində 1 ədəd çaynik altı tas aparıblar.

Ramin və Yusif villada qonaq otağında divanda əyləşib evdən tapdıqları bahalı viskini içiblər və domino oynayıblar.

Hadisə 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə baş versə də, ev sahibi həmin vaxt ailəsi ilə birgə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən villasında yaşadığından hadisəsindən iki gün sonra xəbər tutub.

Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barələrində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onlar oğuradıqları antik əşyaların əksəriyyətini də ev sahibinə qaytarıblar.

Əldə etdiyimiz məlumata görə, villasından oğurluq olan ölkənin tanınmış şəxsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...