Azadlıqda sonuncu bayramı ola bilər: Arifin ömürlük həbsi istənildi
Dekabrın 31-i axşam saatlarında iki nəfəri öldürməkdə ittiham olunan Arif Bəhərçiyevin məhkəmə istintaqı tamamlanıb.
Gundeminfo.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Prokuror 22 yaşlı müttəhimin verilmiş ittihamlarla təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə qanunun icazə verdiyi ən ağır cəzaya – ömürlük həbsə məhkum edilməsini tələb edib.
Sədrlik edən hakim Əli Məmmədov müdafiə çıxışına hazırlanması üçün vəkilə vaxt verib.
Qeyd edək ki, hadisə ötən ilin son günü-bayram gecəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Arif anası ilə birgə işlətdiyi kafedə yaranan mübahisə nəticəsində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovu bıçaqla qətlə yetirib. O, hadisədən əvvəl anasını da döyüb. Namiq və Ramil elə həmin vaxt mane olmaq istədikləri üçün sonradan öldürülüblər.
Arifə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib.
365 dəfə oxundu