Azyaşlıları fahişəliyə cəlb edənlərə daha sərt cəzalar olacaq

Azyaşlıları fahişəliyə cəlb edənlərə daha sərt cəzalar olacaq

Azərbaycanda yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb edən valideyn, qəyyum və müəllimlərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 171.2.3 maddəsinin əlavə olunması təklif olunur.


Yeni maddəyə görə, yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər, yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə törədildikdə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən çayın 20-də plenar iclasa tövsiyə olunub və parlamentin mayın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...