Azərbaycana qarşı işləyən 12 nəfər məxfi agent ifşa edilib
Bu il 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.
Həmçinin xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Habelə sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.
Hesabat dövründə 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, buda 2015-ci il ilə müqayisədə 8,3 dəfə çoxdur.
2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olmuşdur).
1017 dəfə oxundu