Bakıda avtobusun vurduğu qadın öldü

Bakıda avtobusun vurduğu qadın öldü


Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Zabrat-Sabunçu şossesində qeydə alınıb.

Şəhər istiqamətində hərəkət edən 105 saylı marşrut avtobus yolu keçmək istəyən Balaxanı qəsəbə sakini, 45 yaşlı Zəminə Əliyevanı vurub. Qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...