Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə saxlanılıb

Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə saxlanılıb


Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyinin rəhbəri və şöbə müdiri rüşvət almaq ittihamı ilə saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib.

Xidmətdən bildiriblər ki, dövlət agentliyində uzun müddət fəaliyyət göstərən korrupsiya sxemi mövcud olub. Qurumdakı səlahiyyətli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb. Belə ki, təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün bunun müqabilində onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edirmiş. Alınan rüşvət komissiya üzvləri arasında bölüşdürülüb, bir hissəsi isə agentliyin rəhbərliyinə göndərilib. Agentlik rəhbərinin kabinetində aparılan axtarış zamanı 2.547 000 dram və 600 dollar pul aşkarlanıb.

Müəyyən edilib ki, korrupsiya sxeminə 9 vilayət və 2 paytaxt komissiyalarının sədrləri, agentliyin təkrar ekspertiza şöbəsinin müdiri daxil olub.

Fakt üzrə bir qrup şəxsin qabaqcadan əlbir olaraq rüşvət alması maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...