Lənkəranda atışma olub, 1 nəfər yaralanıb

Lənkəranda atışma olub, 1 nəfər yaralanıb


Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib. "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb. Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib. Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...