"İki il ərzində 503 əməkdaşımız məsuliyyətə cəlb olunub, 84-ü işdən çıxarılıb"

"İki il ərzində 503 əməkdaşımız məsuliyyətə cəlb olunub, 84-ü işdən çıxarılıb"


"Hər zaman olduğu kimi, 2016-cı ildə də Dövlət Gömrük Komitəsi (DGK) nizam-intizama xüsusi diqqət yetirib". "APA-Economics" xəbər verir ki, bunu DGK-nin sədri Aydın Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub: "Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir".

A. Əliyev DGK sıralarında müşahidə olunan kadr çatışmazlığına da toxunub. "Bu gün Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində kadr çatışmazlığı problemi mövcuddur", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...