Azərbaycanlı Ukraynada rüşvət üstündə tutuldu

Azərbaycanlı Ukraynada rüşvət üstündə tutuldu


[siz
e=3]Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.

AzVision.az UNN agentliyinə istinadən xəbər verir ki, onunla birlikdə 3 nəfər vasitəçi kimi saxlanılıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.

Milli bank rəsmisi rüşvət qarşılığında Ukraynanın “Platiservis” milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.

Faktla bağlı cinayət işi başlanılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...