Azərbaycanda 240 uşağı valideyni zorla diləndirib

 Azərbaycanda 240 uşağı valideyni zorla diləndirib


“Bu gün cinayət törədən uşaqların əksəriyyəti boşanan ailələrdən çıxır”

Bunu AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Komitə rəsmisi bildirib ki, cinayət törədən uşaqların 95-96 faizi bu kateqiryadan olan ailələrin üzvləridir: “Apardığımız araşdırmalar da bunu sübut edir. Dağılan ailələr, uşaqlarını tək başına böyüdən valideynlər risk kateqoriyasına daxil olurlar. Ailə dağılır, ana çəkib uşaqları tərbiyə etməli olur. Ana işləyir və uşağına nəzarət edə bilmir. Nəticədə valideyn nəzarətindən kənarda qalan uşaq əvvəl təhsildən yayınır, hansısa qruplara qoşulur. Düşdüyü mühit onu dəyişir. Bu məsələlərdə ailənin tərbiyəsi mühüm rol oynayır. Valideyn uşağa nəzarət edə bilmirsə, həmin uşaq potensial cinayət törədə bilər. Nəzarət zəifləyəndə artıq uşaqlar cinayət törətməyə meyilli olurlar”.

P.Əliyev bildirib ki, ötən il 3000 uşaq polis orqanlarına, saxlama və təcridetmə mərkəzlərinə gətirilib. “Həmin uşaqlardan 576-i cinayət törədib. Onların 405-i az ağır cinayətlər törədənlərdir.

Dilənçilik və avaraçılığa cəlb olunanların sayı 512 olub. Onlardan 240-ı valideynləri tərəfindən dilənçiliyə təhrik edilib və həmin şəxslər məsuliyətə cəlb olunub”.

Qurum rəsmisi qeyd edib ki, ötən il yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində 39 nəfər qeydə alınıb: “Onlar cinayət törətmiş uşaqlardır. Hamısı mühakimə olunacaq yaşa çatıblar. Həmin uşaqların 15 nəfəri 17 yaşındadır, yalnız bir nəfər 15 yaşındadır. Qubada çətin tərbiyə olunan uşaqlar üçün müəssisədə 12 nəfər var və hamısı oğlandır. Ora cinayət törədənlər yox, asayişi pozanlar, xırda xuliqanlıq edənlər, ailə tərbiyəsinə uyuşmayan uşaqlar gətirilir. Valideyn İcra Hakimiyyətinə müraciət edir və uşaqlar tərbiyə üçün həmin müəssisəyə yerləşdirilirlər. Əsasən cinayət törətməsinə görə mühakimə ediləcək yaşa çatmayan və cinayət törədənlər Qubadakı müəssisəyə yerləşdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...