Qubada əməliyyat: 22 nəfər saxlanıldı

Qubada əməliyyat:


Quba rayonunda qanunla qadağan edilən dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-dən verilən məlumata görə, rayon sakini Tehran Əmiraslanov qanunla qadağan edilmiş dini təriqətlərdən birinin təbliği ilə məşğul olurmuş.

O bu məqsədlə evində yığıncaq təşkil edib. Hüquq-mühafizə orqanının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı yığıncaqda iştirak edən təşkilatçı ilə bərabər 22 nəfər saxlanılıb.

Evdən qanunla qadağan edilmiş 54 ədəd dini kitab və 16 ədəd audi kaset aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...