BDU-ya prorektor "təyin edən"ə hökm oxundu

BDU-ya prorektor "təyin edən"ə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Report-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, B.Əhmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Əhmədov ötən il Bakı şəhər sakinini Bakı Dövlət Universitetinə (BDU) prorektor təyin etmək adı ilə 10 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, polis əməkdaşları tərfindən saxlanılıb. B.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...