İsmayıllı sakini pensiyaçı qadınları aldadıb - Video

İsmayıllı sakini pensiyaçı qadınları aldadıb -


Qadın pensiya alan yaşlıları aldadaraq, onların adına, ya da zaminlikləri ilə kredit götürüb.

Xəzər xəbər məlumat verir ki, İsmayıllının Hacıhətəmli kənd sakini Elnaz Azayeva yaşlı qadını aldadıb. Kənd sakinləri Gülsarə Azayeva və Göyçək Rəhimovanın sözlərinə görə, onlar aldadılaraq adlarına kredit götürülüb.

Gülsarə Azayeva deyir ki, Elnaz Azayeva yanına gələrək xəstəsi olduğunu üçün kredit götürmək istədiyini bildirib və ona zamin durmasını təklif edib. O isə əvvəlcə razılaşmasa da, sonradan fikrini dəyişib və zamin durmaq üçün banka gedib.

Elnaz Azayeva qadını banka apardıqdan sonra bəzi sənədlərə imza atdırıb. Ondan sonra qohum yada düşməyib. Məhkəmədən Gülsarə Azayevanın evinə borcu olması ilə bağlı məktub gələndən sonra hər şey üzə çıxıb. Məlum olub ki, Elnaz Azayeva yaşlı qadını aldadaraq adına kredit götürüb.

Elnaz Azayevanın başqa pensiya alan qohumlarını da eyni yolla aldatdığı da üzə çıxıb. Göyçək Rəhimova da onlardan biridir.

Elnaz Azayeva ilə telefon əlaqəsi saxladıq. O, qohumlarını aldatdığı iddiaları ilə razılaşmasa da, onların adına kredit götürdüyünü etiraf etdi.

Elnaz Azayeva aldatmadıgını bildirsə də, borc vaxtında ödənmədiyindən hər qadının evinə məhkəmədən kredit borcuna görə məktub gəlib. Hazırda onların pensiyalarının çox hissəsi özlərinin olmayan kredit borcuna görə tutulur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...