Bakıda ana və qızını maşın vurub, ana ölüb

Bakıda ana və qızını maşın vurub, ana ölüb
Bakıda avtomobil ana və qızını vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 23-də saat 20 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinovanı və qızı Təhminəni vurub. Nəticədə Ş.Şirinova hadisə yerində ölüb, Təhminə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...