FTX direktoru: "İŞİD Rusiyada terror aktları hazırlayır"

FTX direktoru: "İŞİD Rusiyada terror aktları hazırlayır"

Rusiya Federal Təhlükəsizlik Xidmətində İŞİD terror təşkilatının liderlərinin ölkə ərazisində terror aktları hazırlaması ilə bağlı məlumat var.

Bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

O, terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər lazım olduğunu vurğulayıb.

Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan FTX direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvü - 6-sı Sankt-Peterburqda, 2-si Moskvada - saxlanılıb.(“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...