Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən 17 yaşlı qız həbs edildi

Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən 17 yaşlı qız həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, ev dustaqlığında olan Arifə Musayevanın məhkəmə prosesinə gəlmədiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə baxışı aprelin 17-nə təyin edilib.

Məlumata görə, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...