Bir ay əvvəl işdən çıxarılan rəis qəzada öldü

Bir ay əvvəl işdən çıxarılan rəis qəzada öldü


Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlu özünə məxsus "Toyota Camry" markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, polis kapitanı Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...