Azərbaycanda polis axtarışda olan şəxsi tutdu, məhkəmə azad etdi
Dələduzluqda suçlanan Masallı sakini bir neçə nəfəri aldadıb
Nizami rayon Polis İdarəsinin əməkdaşları uzun müddət axtarışda olan Masallının Qarğalıq kənd sakini Teyyub Muradovun gizləndiyi ünvanı müəyyən edərək onu saxlayıblar. Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilən T.Muradov az keçməyib ki, Nizami rayon Məhkəməsində azad olunub.
Bu isə T.Muradovun əməllərindən zərərçəkən şəxslərin qəti etirazına səbəb olub. Zərərçəkənlərdən biri olan Firdovsi Vəliyev deyib ki, Teyyub Muradovla təxminən 9 ay əvvəl tanış olub: "Şəxsi maşınımla taksi fəaliyyəti göstərirəm. Teyyub Muradov müştərilərimdən biri idi. Günlərin birində dedi ki, səni Xəzər Dəniz Gəmiçiliyinin Zığdakı Gəmiqayırma zavoduna işə düzəldə bilərəm. Dedi ki, 1500 manata məni işə düzəldə bilər. Pulun yarısını əvvəlcədən istəyirdi, qalanını da işə çıxandan sonra ödəməli olduğumu demişdi. Məndən ilkin olaraq 600 manat aldı. Bir neçə dəfə iş yerinə dəvət etdi. Xəzər Dəniz Gəmiçiliyinin Zığdakı Gəmiqayırma zavodundan çalışırdı. Dedi ki, işə bir neçə nəfəri də düzəldə bilər. Tanışlarım Fəqan, Elgün,Yusif və Semralla onu tanış etdim. Onların hər birindən 1000-1500 pul alıb işə düzəldəcəyini vəd etdi. Amma bizi işə düzəltmədi. Hər gün bir bəhanə ilə vaxt uzadırdı. Pulumuzu geri istədik, qaytarmadı. Sonradan isə bizdən qaçıb gizlənməyə başladı. Nızamı rayon Polıs İdarəsinin 24-cü polıs bölməsınə şikayət etdik. 2 gün sonra polis əməkdaşları onu tutdular. Məlum oldu ki, Teyyub Muradov bizimlə yanaşı bir şəxsə qarşı da dələduzluq edib. Yeganə adlı xanıma qarşı dələduzluq etdiyinə görə ona qarşı Nizami Ryon Polis İdarəsində Cinayət Məcəlləsının 178.1-ci maddəsi ile cinayət işi başlanlıb, axtarışa verılmiş”.
Şikayətçi deyir ki, T.Muradovu Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil veriblər: "Bizim şikayətimizi də həmin işə əlavə edib Teyyub Muradovun əməlini 178.2 maddəsi ilə tövsif etdilər. Oradan Teyyub Muradov Nizami rayon Məhkəməsinə aparıldı. Müstəntiq dedi ki, barəsində həbs qəti-imkan tədbiri seçiləcək. Amma nə oldusa Nızamı Rayon Prokurorluğu bunu məhkəmə zalından buraxdı”.
Şikayətçinin sözlərinə görə, hazırda iş üzrə heç bir tədbir görülmür: "Biz də eşidirik ki, Teyyub Muradov azadlıqda gəzir, bizim kimi yeni qurbanlar axtarır. Baş prokuror Zakır Qaralovadan xahiş edirik ki, bu işi şəxsi nəzarətinə götürsün. Biz pulları bankdan borc alaraq Teyyub Muradova vermişik”.
952 dəfə oxundu