Gəncədə qonşular arasında davada ata və oğul bıçaqlanıb

Gəncədə qonşular arasında davada ata və oğul bıçaqlanıb


Gəncədə qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

APA-nın qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında yaranan mübahisə zamanı Rəhmanla oğlu Elnur Ramili döyülərək müxtəlif bədən xəsarətləri yetiriblər. Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə dalaşan şəxslər sərxoş olublar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...