Azərbaycanda yol polisi arvadını qanına qəltan etdi

Azərbaycanda yol polisi arvadını qanına qəltan etdi

Bərdədə qanlı cinayət baş verib. Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayonu, Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib.

Hadisə evin yataq otağında baş verib və qadın ağır xəsarətlər alıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır. O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...