Leyla Şıxliniskayanın klinikasında "qara sənədlər" niyə məhv edilib?

Leyla Şıxliniskayanın klinikasında "qara sənədlər" niyə məhv edilib?

Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər. GUNDEMINFO.AZ xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində şahid qismində Bəxtiyar Musayev ifadə verib. O, klinikada baş həkim, cərrah işləyib.

B.Musayev ifadəsində qeyd edib ki, istintaqda klinikanın fəaliyyəti və işlərin qurulması haqda danışıb.

Ona Leyla Şıxliniskaya ilə münasibətləri ilə bağlı sual verilib. Şahid qeyd edib ki, L.Şıxliniskaya ilə münasibətləri normal olub.

Dövlət ittihamçısının sualına cavab verən B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını da qeyd edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs, klinikanın baş mühasibi olmuş Şəhla Abbasovanın ötən prosesdə verdiyi ifadəyə uyğun olaraq B.Musayevə sual verib: "Şəhla Abbasova qeyd edib ki, həkimlərin maaşı 300-400 manat olduğu halda onlara 30 min manata yaxın maaş verilib. Siz maaşı kartla almısınızmı?".

Şahid adına maaş kartı olduğunu bildirib. Amma aylıq nə qədər maaş aldığını açıqlamayıb. Həkim bildirib ki, aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə etdiyini söyləyib.

Baş həkimə sual verilib ki, klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı sual verilib. Həkim qeyd edib ki, bu onun səlahiyyətinə aid olmadığı üçün maraqlanmayıb:

"Əməliyyat etdiyim xəstələrin adını yadda saxlamağım mümkün deyil. Üzərindən neçə ay keçib. Xəstənin pul ödəyib-ödəmədiyi mənim işim deyildi. Ola bilsin ki, belə hallar olub. Bəzən də sığortalı xəstələr gəldiyindən onlar ödəniş etməyiblər. Mən 6 il əvvəl həmin xəstəxanadan ayrılmışam. Xəstələrin adını yadda saxlamağım mümkünsüzdür".

B.Musayev qeyd edib ki, bəzi xəstələr əməliyyat olunsa da ödəniş etməyiblər: "Belə hallar olub. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Bəzi xəstə olub ki, əməliyyat etmişəm, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər ya yox. Mənim klinikadan indi də 11 min alacağım var".

Şahid istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Digər şahid isə Gülarə Bağırova olub. O, klinikada 10 ildən artıq çalışdığını bildirib. G.Bağırova təqsirləndirilənlərdən Səkinə Qasımovanın anasıdır.

G.Bağırova deyib ki, paralel olaraq 5 saylı doğum evində işləyib.

Şahid işlədiyi müddətdə maaş alması ilə bağlı suallara cavab verərkən deyib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və müqavilə əsasında işləyib.

G.Bağırova söyləyib ki, indi kartla da onlara maaş verilir. Şahid doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. Doğuş əməliyyatlarının əvvəllər 1250-1650 manat arasında dəyişdiyini deyən G.Bağırova qeyd edib ki, son aylarda ödənişlər 1000 manata qədər azalıb.

Şahidlərdən Leyla Hüseynova da məhkəmədə ifadə verib.

O, klinikada qeydiyyat şöbəsinə işlədiyini, haırda analıq məzuniyyətinə çıxdığını söyləyib. L.Hüseynova çalışdığı müddətdə gələn xəstələrin qeydiyyata alındığını, ödəniş edildikdən sonra həkim müayinəsinə buraxıldığını söyləyib. Şahid ödəniş etmədən heç bir xəstənin həkim yanına buraxılmadığın söyləyib.

L.Hüseynova 400 manat əmək haqqının 50 faizini kartla, 50 faizini isə nağd şəkildə aldığını deyib.

Klinikanın ginekologiya şöbəsində qeydiyyatda işləyən Aygün İsmayılova da şahid qismində ifadə verib.

O söyləyib ki, işi sadəcə xəstələri qeydiyyata almaq olub. Aygün İsmayılova ödəniş etmədən klinikaya gələnlərdən yalnız bir nəfəri xatırladığını deyib: "Təcili doğuş idi. Gecə gəlmişdilər. Doğuş olandan sonra dedilər ki, pulumuz yoxdur. Çıxıb getdilər".

Klinikanın mühasibatlığında işləyən Günel Abbasova da şajid qismində dindirilib. O söyləyib ki, işi sadəcə olaraq daxil olan xəstələr verilən çeklərin sayını yoxlamaq olub.

Günel Abbasovamın Leyla Şıxliniskaya ilə yaxın münasibətlərinə görə işə götürüldüyü məlum olub. O, işə mühasib kimi götürüldüyünü, ancaq ixtisasca kimyaçı olduğunu deyib.

Şahid mühasibatlıq işini bilmədiyini qeyd edib.

Suallara cavab verən Günel Abbasova baş mühasib Şəhla Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: "Həmin sənədlər qara sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlətdən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib".

Klinikanın baş mühasibi olmuş, hazırda təqsirləndirilən şəxs Şəhla Abbasova Günel Abbasovaya belə bir göstəriş verə biləcəyini təsdiqləyib: Ola bilsin ki, demişəm. Amma dəqiq xatırlamıram".

Növbəti məhkəmə iclası yanvarın 19-na rəyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər./musavat.com/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...