Lənkəranda döyülən qadınlardan biri ölüb

Lənkəranda döyülən qadınlardan biri ölüb

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

APA-nın cənub bürosunun xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

*****

Lənkəranda ana və qızı döyülüb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Liman şəhərində baş verib.

1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...