"Qoca"ya görə həbs edilən taksi sürücüsü və qadının həbsi uzadıldı
"Qoca"nın qaçmasına kömək etməkdə ittiham edilən sürücü və qadının həbs müddəti uzadlılıb.
Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi təqdimata baxılıb.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Hər iki şəxsin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri semilib.
Xatırladaq ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, 28 yaşlı Əli Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçmışdılar.
Xatırladaq ki, "Qoca" ləqəbli Etibar Məmmədov əməliyyat zamanı öldürülüb. Ə.Ağami isə sağ ələ keçirilib.
806 dəfə oxundu