Hakimin qardaşına hökm oxundu - Həbs edilmədi

Hakimin qardaşına hökm oxundu -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimova hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə M.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. M.Kərimov günahını etiraf edib və özünü təqsirli bildiyini deyib. Həbs edilməsə də, barəsində başqa yerə getməmək qərarı verilib.

M.Kərimovla bərabər İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov da cinayət işinə cəlb edilib. Ə.Ömərov şirkətin təsisçisi olub. İstintaq müddətində o vəfat etdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...