“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atıb

“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atıb


Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...