Gəncədə ana və qızı bıçaqlanıb

Gəncədə ana və qızı bıçaqlanıb


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Xarafruz Elnarə və onun 1998-ci il təvəllüdlü qızı qızı Xarafruz Səkinə bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən ana və övladının vəziyyəti orta-ağır qiymətləndirilir. Qadın spirtli içki qəbul edən qaynı tərəfindən bıçaqlandıqlarını deyib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...