Məşhur cərrahın evindən xeyli qızıl apardılar

Məşhur cərrahın evindən xeyli qızıl apardılar


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elvin və Günəli Əliyevlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış cərrah-transplantoloq Mircəlal Kazımov ifadə verib. Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini bildirib: “Mənə maraqlı odur ki, bu insanları kim yönəldib, onlara mənim evimi kim istiqamət verib. Həmin adamın adını desinlər. Çünki onların dediklərinin heç biri məntiqlə uyğun gəlmir”.

Qeyd edək ki, təqsirləndirilən şəxslər cərrah-transplantoloqun mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar. Məhkəmə prosesi oktyabrın 20-dək təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...