Ağcabədidə üç avtomobil toqquşub, 3 nəfər yaralanıb

Ağcabədidə üç avtomobil toqquşub, 3 nəfər yaralanıb


Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Hindarx qəsəbəsində "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Tağıyev Məhər Valeh oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Adil Xanoğlan oğlu, 1986-cı il təvəllüdlü Xudiyev Nicat Sahəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...