9 ayda 12 min yanğın hadisəsi - 55 nəfər ölüb

9 ayda 12 min yanğın hadisəsi -


Fövqəlada Hallar Nazirliyi (FHN) 2015-ci ilin 9 ayı ərzində ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 2015-ci ilin 9 ayı ərzində respublika ərazisində 12229 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2398 hadisə və ya 24% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 61 nəfər həlak olub, 164 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 86 nəfər xilas edilib, 650 nəfər isə təxliyə olunub.

2015-cü ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12111 çıxış edilib. Onlardan 1580-ü çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar, 8430-ü açıq sahələrdə yanğınlar, 3-ü meşə və meşə talalarında yanğınlar, 306-sı nəqliyyat vasitələrində yanğınlar, 1792-si isə digər yanğınlar zamanı çıxış edilib. Yanğın hadisələri zamanı 55 nəfər həlak olub, 133 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 41%, xəsarət alanlar üzrə 51 nəfər və ya 62% çoxdur. 2015-ci ilin 9 ayında respublikada 26 partlayış hadisəsi qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...