Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun həbs müddəti uzadılıb

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun həbs müddəti uzadılıb


Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...