Hökməli qəsəbə sakini evində qətlə yetirilib

Hökməli qəsəbə sakini evində qətlə yetirilib
Abşeron rayon sakini beş bıçaq zərbəsi ilə qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1980-ci il təvəllüdlü Məmmədov Anar Müstəcab oğluna yaşadığı evdə beş bıçaq zərbəsi vurulub. O, yaxınları tərəfindən yaralı halda aşkar edilib. A.Məmmədov xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...