Cəbrayıl polisi silah-sursat aşkarladı

Cəbrayıl polisi silah-sursat aşkarladı

Cəbrayıl polisi silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd AKM markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...