Azərbaycanın əleyhinə casusluq edən erməni həbs edildi

Azərbaycanın əleyhinə casusluq edən erməni həbs edildi
Vətən Müharibəsini zəfərlə yekunlaşdıran Azərbaycan dövlət və ictimaiyyət əleyhinə fəaliyyət göstərən bir çox erməni cinayətkarları cinayət məsuliyyətinə cəlb edib və onlar məhkəmənin qərarı ilə həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxslərdən biri də Azərbaycanın əleyhinə casusluq edən erməni Alyoşa Xosrovyandır.

Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq), 228.1-ci (Qanunsuz olaraq odlu silah daşıma), 279.1-ci (Silahlı birləşmələr və ya qruplar yaratma və onları silahla təchiz etmə) 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilən Xosrovyan Alyoşa Aramaisoviç barəsində məhkəməyə təqdimat verilib.

Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə A.Xosrovyan barəsində həbs qətimkan tədbiri qərarı seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...