“Ov üçün verilən icazələr dayandırılacaq” - fevralın 28-də

“Ov üçün verilən icazələr dayandırılacaq” -
“Ov üçün verilən icazələr fevral ayının 28-də dayandırılacaq”.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib. O qeyd edib ki, Vətən müharibəsi ilə əlaqədar dayandırılan ov mövsümü bu il yanvar ayının ortalarında bərpa olundu:

“Ötən il ov mövsümü pandemiya ilə əlaqədar xeyli müddət dayandırıldı. Qısa müddətlik icazələr verildi, lakin sonradan Vətən Müharibəsinin başlaması ilə əlaqədar yenidən dayandırıldı.

Bu il isə yanvarın ortalarında ov üçün icazələr yenidən bərpa olundu və fevralın 28-i bitəcək. Mövsüm bitəndə vətəndaşlara nə qədər icazə sənədi verilib bu barədə mətbuata açıqlama veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...