Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı

Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı

Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizammədin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Axar.az-a açıqlama verən Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir:

“Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”.

Qeyd edək ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizammədin Quliyevin vəkili Kamandar Nəsibov açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə Lalə Eyyubovaya verdiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...