Rusiya səfirliyinin birinci katibi Bakıda qəzaya düşdü

Rusiya səfirliyinin birinci katibi Bakıda qəzaya düşdü


Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Vladimir Biryukov Bakıda avtomobil qəzasına düşüb. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Azadlıq Prospektində baş verib. Rusiya Federasiyasının Azərbaycandakı səfirinin birinci katibi 1961-ci il təvəllüdlü Vladimir Biryukovun idarə etdiyi, səfirliyə məxsus "Hyundai Santa Fe" markalı D 00406 nömrəli avtomobillə Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Aqil Əliyevin idarə etdiyi "Toyota Fortuner" markalı 10 SS 620 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...