Anası ilə əlbir olub atasını öldürən oğulun cəzası dəyişdirlmədi
Bu ilin yanvar ayında Xaçmazda ailə-məişət zəmnində baş vermiş qətl hadisəsi ilə bağlı çıxarılmış məhkəmə hökmü qüvvədə saxlanılıb.
Trend-in məlumatına görə, qətli törətmiş Əmir Seyidovun vəkli müvəkkilinin cəzasının yüngülləşdirilməsi üçün Apelyasiya Məhkəməsinə müraciət edib. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Ə.Aslanov atasını ov tüfəngi ilə qətlə yetirib. Qətlə yetirilən Bünyad Seyidovun cəsədi yaşadığı evin həyətindəki tualet quyusuna atılıb.
Məhkəmə zamanı Ə.Aslanovun anası Şamama Seyidova oğlunu atasını öldürməyə təhrik etməkdən peşman olmadığını bildirib: "Hər dəfə sərxoş gələndə əsassız söhbətlərə görə məni döyürdü. Bezdim və onu öldürməyə qərar verdim, heç olmasa həbsxanada rahat yaşayaram. Orada məni döyən olmaz". Ə.Seyidov isə özünü qismən təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Seyidova 15, Ə.Seyidov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Ə.Seyidov apellaysiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
1239 dəfə oxundu