Qovaq ağaclarına qənim kəsilən şəxsə cinayət işi açıldı - FOTOLAR

Qovaq ağaclarına qənim kəsilən şəxsə cinayət işi açıldı -

Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.

Faktla bağlı Qax RPŞ-də Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qovaq ağaclarına qənim kəsilən şəxsə cinayət işi açıldı -
Qovaq ağaclarına qənim kəsilən şəxsə cinayət işi açıldı -
Qovaq ağaclarına qənim kəsilən şəxsə cinayət işi açıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...