Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarıldı

Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb.

O bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar.

Dövlət Komitəsinin sözçüsü qeyd edib ki, yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. (report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...