Erməni terrorçularının məhkəməsi təxirə salındı
Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
APA xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə keçirilən prosesdə hakim deyib ki, prosesdə iştirak etməyən vəkil Elmira İsmayılova məhkəməyə məktub göndərib. Vəkil səhhətində ciddi problemlərin yaranması ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını istəyib.
Hakim deyib ki, vəkilin iştirakı olmadan iclasın baş tutması mümkün deyil.
Bu səbəbdən növbəti məhkəmə iclası iyulun 22-ə qədər təxirə salınıb.
605 dəfə oxundu