ŞƏMKİRDƏ 10 İL ƏVVƏL BAŞ VERƏN QƏTLLƏ BAĞLI SENSASİON İDDİALAR

ŞƏMKİRDƏ 10 İL ƏVVƏL BAŞ VERƏN QƏTLLƏ BAĞLI SENSASİON İDDİALAR
Şəmkir rayonu, Sabirkənd kənd sakini Məmmədova Ruhiyyə Sarı qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:

“Yazıb Sizə bildirmək istəyirəm ki, mənim həyat yoldaşımı günahsız yerə öldürüblər. Mənim qardaşım Ələkbərov Nofəl rəhmətə gedib, onun arvadı Gülnar ərinin ölümündən sonra iki uşaqla atamın evində yaşayırdı. Mən qardaşımın iyini ondan alırdım, onu çox istəmişəm, onun hər bir hərəkətinə göz yummuşam. Ancaq belə rüsvayçılığa göz yuma bilmərəm…

Mən atamın evindən onun telefonunun yaddaş kartını tapdım. Ona qulaq asdım. Orada çox biabırçı söhbətlər olduğundan, bunu heç kimə deyə bilmədim və bu sirri özümdə saxladım. Amma görəndə ki, atamı ləkələyirlər, məcbur qalıb kartı hamıya qulaq asdırdım.

Bələdiyyə sədri, “Famil” petrol yanacaqdoldurma məntəqəsinin sahibi Etibar Xəlilov yaxınlarına kartı əlimdən almağı tələb etdi. Mən məcbur olub kartı verdim və dedim ki, əgər uşağıma, yaxud həyat yoldaşıma bir şey olarsa, səndən biləcəyəm.

Həyat yoldaşım bu işə qarışmırdı. Çünki Etibar Xəlilovun obyektində işləyirdi. Mən həyat yoldaşımdan tələb etdim ki, işdən çıxsın. Yoldaşım söz verdi ki, hesabatı təhvil verib, işdən çıxacağam.

İki gün idi ki, Etibar Xəlilovla dalaşırdı. İstəyirdi ki, işini təhvil verib çıxsın, səhəri günü öldürdülər.

Həyat yoldaşım İbadətin heç bir düşməni yox idi. Sadəcə olaraq namusumu və atamın adını qoruduğum üçün Xəlilovla Gülnar məndən qisas aldılar. Etibar Xəlilov özünün üzünə bıçaqla çəkilən "şram"ı İbadətin də alnına çəkdirdi.

İbadət 11 il idi ki, Etibar Xəlilovun obyektində işləyirdi. Etibar Xəlilovun bütün sirlərini bilirdi. İşdən çıxan kimi də öldürüldü ki, sirlərinin üstü açılmasın”.

“Qardaşım Xəlilov Etibara məxsus YDM-də vəhşicəsinə öldürülüb”

Qeyd edək ki, məlum cinayət faktı ilə bağlı Şəmkir rayonu, Sabirkənd kənd sakini Məmmədova Səxavət Məsim qızı tərəfindən də şikayət daxil olub. Mərhum İbadət Məmmədovun bacısı olduğunu deyən şikayətçi yazır:

“Yazıb məlumunuz edirəm ki, qardaşım Məmmədov İbadət Məsim oğlu 19.12.2011-ci il tarixində Xəlilov Etibara məxsus yanacaqdoldurma məntəqəsində vəhşicəsinə öldürülmüşdür. Bu işdə YDM-in sahibi Xəliov Etibarın və onun dəstəsinin əli var. Cinayət işi əvvəlcə Şəmkir rayon Prokurorluğunda, sonra isə Bakı Ağır cinayətlərdə aparıldı. Dəfələrlə orqanlara müraciət etmişəm, lakin ciddi çəkildə araşdırılmır”.

“Oğlum İbadətin qatili Etibardır”

19 dekabr 2011-ci ildə, səhər saatlarında Etibar Xəlilova aid “Famil” petrolda amansızlıqla qətlə yetirilən Məmmədov İbadət Məsim oğlunun anası, 50 nömrəli kənd orta məktəbində müəllimə işləmiş Hüseynova Məleykə Həsən qızı da baş vermiş olayla bağlı mövqeyini bildirib: “Kəndimizin bələdiyyə sədri Etibar Xəlilovun rüsvayçı hərəkətlərinə görə üzünə “şram” çəkildikdən sonra, o, mənim oğlum İbadətlə yola getməyərək, tez-tez mübahisə etməyə başladı. Çünki Etibarın üzünə “şram” qoyanlar oğlumun mərhum qaynı Ələkbərov Nofəl Sarı oğlunun qohumları idilər. Üzünə “şram” çəkildikdən sonra Etibar Xəlilov daha da aqressivləşib və qan-qan deyirdi…”.

Hurriyyet.az

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...