Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı - FOTOLAR

Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı -

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Belə ki, onun yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F.İlyasov yaşadığı evə göndərilib.
Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı -
Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı -

Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...