Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin iyul-avqist ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 3000 manat olan 4 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Həsən Orucov, Daşkəsən rayon sakini Orxan Paşayev və əvvəllər məhkum olunmuş Samux rayon sakini İlkin Qurbanov saxlanılıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...