Anası narkotikə alışdırılmış azyaşlı işgəncələrə məruz qalır? - AÇIQLAMA + VİDEO

Anası narkotikə alışdırılmış azyaşlı işgəncələrə məruz qalır? -

Azərbaycanda azyaşlı anasının rəfiqəsi tərəfindən şiddətə məruz qalıb. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Onun sözlərinə görə, azyaşlı Mədinənin anasının sevgilisi tərəfindən narkotikə alışdırılması iddia edilib:

“Bu barədə azyaşlının xaricdə yaşayan qohumları bildirib. Mədinənin anası barəsində məlumatlar aidiyyəti qurumlara göndəriləcək”. “Ümid edirəm ki, faktlar təsdiqini tapdıqda azyaşlı ilə bağlı obyektiv qərar çıxarılacaq. Onun anasının müalicə və reabilitasiyası ilə bağlı işlər aparılacaq”, - deyə K.Ağazadə qeyd edib. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır: “Məsələ barədə məlumatlıyıq, hazırda müvafiq araşdırma aparılır”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...