Yevlaxda qadın oğlu tərəfindən boğularaq öldürülüb? - RƏSMİ AÇIQLAMA

Yevlaxda qadın oğlu tərəfindən boğularaq öldürülüb? -
Avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax Rayon Prokurorluğundən verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, mərhum Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib. Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, daha öncə yayılan məlumatlarda qadının oğlu tərəfindən öldürüldüyü deyilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...