Sabirabadda dini mərasim keçirmək istəyən 10 nəfər cərimələnib, 2 nəfər həbs edlib

Sabirabadda dini mərasim keçirmək istəyən 10 nəfər cərimələnib,
Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

DİN-dən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...